Türkiyədə sel fəlakəti ilə bağlı son durum

Türkiyədə sel fəlakəti ilə bağlı son durum

Ötən həftə Türkiyənin Qərbi Qara dəniz bölgəsində baş verən sel qurbanlarının sayı daha da artıb.

Kastamonuda daha 7 nəfərin meyiti dağıntı və lil qatının altından tapılaraq çıxarılıb. Beləliklə sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb.

Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub. Hazırda 60-a yaxın şəxs itkin düşmüş sayılır və onların axtarışları davam etdirilir.

скачать dle 12.1
Geri qayıt