Gürcüstan və Türkiyə sərhəddində zəlzələ olub
Gürcüstanın qərbində Türkiyə sərhədində yerləşən Ninotsminda şəhərində 4,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 7,51 kilometr dərinliyində meydana gəlib.
