BMT Əfqanıstana görə TƏCİLİ TOPLANIR
Əfqanıstandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
GunAz.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"İclas bazar ertəsi günü Nyu-York vaxtı ilə saat 10: 00 -a təyin edilib", - agentliyin həmsöhbəti bildirib.
Mənbə qeyd edib ki, iclas Norveç və Estoniyanın tələbi ilə təşkil olununacaq. Tədbir açıq brifinq və qapalı məsləhətləşmələr formatında baş tutacaq.
