Qazaxıstan: Əfqanıstandakı səfirlik işini davam etdirəcək

Qazaxıstan: Əfqanıstandakı səfirlik işini davam etdirəcək

Qazaxıstanın Əfqanıstandakı səfirliyi Kabildə fəaliyyətini davam etdirəcək.

GunAz.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov məlumat verib.

 

"Səfir Alimxan Yessenqeldiyev Kabildə işini davam etdirir. Kiçik bir heyət hələ də orda qalır”, – deyə Smadiyarov bildirib.

O, qeyd edib ki, səfirlik hələlik işini davam etdirəcək, lakin Xarici İşlər Nazirliyi Əfqanıstandakı vəziyyəti öyrənir.


скачать dle 12.1
Geri qayıt