Sel qurbanlarının sayı kəskin artdı
Türkiyənin Kastamobu bölgəsində təbii fəlakət nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
Çatalzeytin bölgəsində daha bir nəfər sel və daşqınların qurbanı olub. Sel daha çox 5400 əhalisi olan Bozkurt qəsəbəsinə ziyan verib.
3 il əvvəl tikilən hündürmərtəbəli bina da selin gücünə davam gətirə bilməyib. Bundan başqa daha 2 yüksəkmərtəbəli bina da yaşayış üçün yararsız hala gəlib.
Ümumilikdə Türkiyədəki sel nəticəsində ölənlərin sayı 41 olub.
