İstanbulda da yanğın oldu
Türkiyənin İstanbul şəhərinin Sultanqazi ərazisində yanğın baş verib.
Naməlum səbəbdən başlayan meşə yanğını yanğınsöndürən qruplar və helikopterin köməyi ilə qısa müddətdə söndürülüb.
Polis qrupları meşədə və ətrafında yandırılma ehtimalı ilə əlaqədar genişmiqyaslı axtarış tədbirləri həyata keçirir.
