Əfqan qardaşlardan inanılmaz addım- Başlarını kəsdilər
Əfqanıstandan Almaniyaya sığınan 2 mühacir qardaş özlərindən böyük bacısının boğazını kəsərək qətlə yetiriblər.
"Qərblilər kimi geyinmə, Əfqanıstandakı kimi geyin", deyən Sayed F. və Sayed H. özlərindən böyük, iki uşaq anası olan 34 yaşlı bacılarını xüsusi amansızlıqla qətlə yetiriblər. Sonra onun cəsədini 500 km uzaqlıqda yerləşən əraziyə apararaq orada dəfn ediblər.
Onlar bacılarının meyitini Berlindən qatarla aparıblar və alman mediası qardaşların meyiti metroya daxil edərkən təhlükəsizlik kameraları tərəfindən çəkilən fotolarını dərc edib.
