Bolqarıstanda meşə yanğınları geniş vüsət alır

Bolqarıstanda meşə yanğınları geniş vüsət alır

Bolqarıstanda baş verən yanğınlarla mübarizədə meşə təsərrüfatı idarəsinin iki əməkdaşı həlak olub, biri isə xəsarət alıb.

GunAz.az xəbər verir ki, Sandanski bölgəsində insan tələfatına səbəb olan daha bir yanğın baş verib. Staroselski rayonunda dörd ev yanıb. Yanğınsöndürənlərə yardım etmək üçün orduya məxsus helikopter əraziyə cəlb olunub.

Ölkənin mərkəzindəki Karlovo bölgəsindəki Stara Planina dağ silsiləsinin ətəyində böyük yanğın bir helikopter, hərbi texnika və yanğınsöndürmə dəstələrinin birgə fəaliyyəti nəticəsində söndürülüb. Yanğın qərbdəki Küstend bölgəsindəki bir kəndə çatdıqdan sonra ən azı altı ev və bir məktəb tamamilə yanıb.


скачать dle 12.1
Geri qayıt