ABŞ Belarusa yeni sanksiyalar tətbiq etdi

ABŞ Belarusa yeni sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Co Bayden Belarusa qarşı sanksiyaların genişləndirilməsi barədə qərar imzalayıb.

GunAz.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Belarus hakimiyyətinin zərərli fəaliyyəti - demokratiyanın boğulması, insan hüquq və azadlıqlarının pozulması, 9 avqust 2020-ci il hadisələri ilə bağlı repressiyalar ABŞ milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaradır”, - deyə bildirilib.

Yeni sanksiyalar dövlət qurumları, müdafiə və energetika sektorları və gübrə istehsalını əhatə edir.


скачать dle 12.1
Geri qayıt