ŞOK- Lukaşenko istefaya gedir?

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda dövlət başçısı postundan gedəcəyini açıqlayıb.
O bunu jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspertlərlə görüşü zamanı elan edib.
Lukaşenko vəzifəsindən tam olaraq nə vaxt ayrılacağını açıqlamayıb.
"Çox tezliklə”, – deyə o bildirib.
Belarus lideri qərarın ölkə vətəndaşlarında qalacağını qeyd edərək, mümkün varisinin adını çəkməkdən imtina edib:
"Belarus xalqının seçəcəyi şəxs prezident olacaq, bu, həqiqətən belədir”./teleqraf/