Pakistandan Əfqanıstana sevindirici xəbər

Terrorçuların Pakistan ərazisindən Əfqanıstana hücum etmək imkanları məhdudlaşdırılıb, qruplaşmalar məğlub edilib və sərhədlər sədlərlə bağlanıb.
Bu sözləri Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm əfqan diplomatın ittihamlarına cavabında deyib.
"Biz bu ittihamları rədd edirik. Pakistan öz ərazisində terrorçuları məhv edib. Pakistanda terrorçular üçün təhlükəsiz yer yoxdur. Əfqanıstanla sərhədimizin 97 faizində sədlər çəkilib və insaların keçidini mümkünsüz edir”, - deyə M.Əkrəm bildirib.