İran Əfqanıstanla sərhəddi niyə bağladı?

İran ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində Əfqanıstanla olan sərhəd məntəqəsini bağlayıb.
Bu barədə İRNA məlumat yayıb.
Nimruz əyalətinin Taliban tərəfindən ələ keçirilməsindən sonra İran Əfqanıstanla Milak sərhəd-keçid məntəqəsini bağlayaraq, Əfqanıstana gedən 270 yük maşınını geri qaytarıb.