PKK-dan Suriya hücumu- 17 yaralı

PKK terror təşkilatı Suriyanın şimalındakı Əl-Bab rayonuna raket zərbələri endirib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 5 dəqiqəlik fasilələrlə 10-dan çox raket hücumu həyata keçirilib. Hücum nəticəsində 17 nəfər yaralanıb.