ABŞ 24 rusiyalı diplomatdan ölkəni tərk etməyi TƏLƏB ETDİ

ABŞ 24 rusiyalı diplomatdan ölkəni tərk etməyi TƏLƏB ETDİ
ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın siyahısını Rusiya səfirliyinə təhvil verib.
GunAz.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.
Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib.
"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək", - səfir qeyd edib.
скачать dle 12.1
Geri qayıt