Rus turistlər Antalyada qəzaya uğradı: 3 ölü, 7 yaralı

Rus turistləri daşıyan avtobus Antalyada qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə Side rayonunda baş verib. Rus turistləri Manavqatdan Antalya aeroportuna aparan avtobus naməlum səbəbdən bordürə çırpılaraq aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
***
Qəza zamanı ölən turistlərin say 4-ə çatıb.
Bu barədə "İnturist” turizm operatoru məlumat yayıb.
Məlumata görə, ümumilikdə avtobusda 22 rusiyalı turist olub ki, onların da 9-u uşaqdır.
Avtobusda olan turistlərin hamısı Samara şəhərinin sakinləridir.
***
Rusiya Səhiyyə Nazirliyi avtobus qəzasında ölən və yaralananların sayını açıqlayıb.
"Səhiyyə Nazirliyinin məlumatına görə, avtobusda 22 nəfər olub. Onlardan 3-ü ölüb, 5 nəfərinin vəziyyəti ağırdır, 2 nəfər isə reanimasiyadadır”, - nazirlikdən bildirilib.