Talibandan DƏHŞƏT- Məşhur aktyorun başını kəsdi
Əfqanıstanın məşhur yumor aktyoru Nəzər Məhəmməd ağa Kaşa "Taliban" üzvləri tərəfindən öldürülüb.
Komediya ustası Kaşa "taliban"çılar tərəfindən tutularaq dəfələrlə döyülüb. "Taliban" aktyoru döyərkən insanları güldürməyin "haram" olduğunu irəli sürüb. Ağaca bağlanaraq boğazı kəsilən sənətçinin vəhşicəsinə öldürülmüş meyiti dəhşətli vəziyyətdə tapılıb.
Məlum olub ki, ABŞ hərbi qüvvələri Əfqanıstandan çəkiləndən sonra "Taliban"ın insanlara təzyiqi çoxalıb.