Çində qəza: avtobus aşdı, 13 nəfər öldü

Çində qəza: avtobus aşdı, 13 nəfər öldü

Çinin Qansu vilayətində içərisində 63 nəfərin olduğu avtobusun magistral yoldan çıxaraq aşması nəticəsində 13 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

GunAz.az xəbər verir ki, hadisə günorta saatlarında Pinlian şəhərinin Cinçuan rayonu ərazisində baş verib.

İctimai Təhlükəsizlik Nazirliyi Pinliana hadisəni araşdırmaq üçün işçi qrupu ezam edib. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.


скачать dle 12.1
Geri qayıt