Korotçenkodan ŞOK AÇIQLAMA- Əsad hədəfi Ərdoğanın...

Korotçenkodan ŞOK AÇIQLAMA- Əsad hədəfi Ərdoğanın...

FETÖ-nün 15 iyul 2016-cı il uğursuz çevriliş cəhdi türk xalqının zəfəridir.

Bunu hərbi ekspert, Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, Türkiyə xarici siyasətdəki milli maraqları istiqamətində hərəkət edir: "Çevriliş cəhdinin məqsədi güclü və müstəqil Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın aradan götürülməsi idi".

Bu təşkilatın arxasında ABŞ-ın dayandığına diqqət çəkən Korotçenko qeyd edib ki, türk xalqının ən böyük düşməni olan FETÖ lideri Fətullah Gülən Ərdoğanı aradan götürməyə və hakimiyyəti ələ keçirməyə hazır idi: "Çevriliş baş versəydi, Türkiyə yenidən ABŞ-ın təsir elementi olaraq Qərb sivilizasiyasının qlobal layihəsinə daxil ediləcəkdi. Ancaq hərbi çevrilişin uğursuzluğu, Türkiyənin qələbəsi, ABŞ-ın ciddi məğlubiyyəti ilə nəticələndi".

Korotçenko Rəcəb Tayyib Ərdoğanın siyasi arenada yüksək nüfuza malik bir şəxsiyyət olduğunu vurğulayıb: "Dünyadakı bir neçə ölkə liderləri xarici güc mərkəzlərini nəzərə almadan müstəqil siyasət yürüdə bilir: "Bu ölkələr ABŞ, Çin, Rusiya və Türkiyədir. Azərbaycan da bu siyahıya daxil edilə bilər. Çünki Azərbaycan Prezidenti İlham Əliyev də ölkəsinin milli maraqlarına uyğun hərəkət edir".

скачать dle 12.1
Geri qayıt