Talibandan qaçan Əfqanlar geri qaytarılır

Taliban qüvvələrindən Tacikistana sığınan əfqanıstanlı miqrantlar ölkəni tərk ediblər.
Bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi açıqlama verib.
Bildirilib ki, Qorno-Badakaş Muxtar vilayətinin Murqab bölgəsində məskunlaşan 345 əfqan mühacirin hamısı Tacikistanı tərk edib.
Məlumata görə, mühacirlər vətənlərinə dönüblər.