Ölkədə maska tələbi ləğv edildi

Ölkədə maska tələbi ləğv edildi

İngiltərə hökuməti bugündən etibarən koronavirusla əlaqəli bütün daxili məhdudiyyətləri ləğv edib.

Bu barədə yerli media məlumat yayıb.

Belə ki, gecə klubları da daxil olmaqla, digər müəssisələr də tam şəkildə işləyəcək. Maskadan məcburi istifadə, sosial məsafənin qorunması və məsafədən işləmə qaydaları da ləğv edilib. Fransadan başqa "sarı siyahı"da olan ölkələrdən qayıdan və tam peyvənd olunmuş vətəndaşların ölkəyə girişi zamanı 10 gün karantində qalması da ləğv edilib.

Lakin COVİD-19 xəstəsi ilə sıx kontaktda olan şəxslərin özünü təcrid tələbləri qüvvədə qalıb.

скачать dle 12.1
Geri qayıt