Merkeldən ÇAĞIRIŞ-150-dən çox insan öldü
Almaniya kansleri Angela Merkel ölkəsində baş verən dağıdıcı daşqınlar fonunda iqlim dəyişikliyinə qarşı mübarizə üçün çağırış edib.
Merkel bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə daha sürətli tədbirlər görülməlidir.
Qeyd edək ki, Almaniyanın qərb əyalətlərində yağan güclü yağışlar nəticəsində baş verən dağıdıcı daşqınlarda 150-dən çox insan həyatını itirib.
