Makron Ermənistana gedəcək
Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək.
GunAz.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu fransalı səfir Conatan Lakotta ilə görüşündə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
O bildirib ki, makronun səfəri yaxın vaxtlarda gözlənilir. Paşinyan Makronla daimi əlaqədə olduğunu da deyib.