İraqda koronavirus xəstələrinin yatdığı xəstəxanada yanğın

İraqda koronavirus xəstələrinin yatdığı xəstəxanada yanğın
İraqın cənubunda yerləşən Nasiriyə vilayətində koronavirus xəstələrinin yatdığı xəstəxanada çıxan yanğında 52 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
GunAz.az Türkiyə mətbutına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar İraqın baş naziri Mustafa əl-Kazimi Nasiriyədə olub.
Hadisəyə səbəb oksigen balonlarının partlaması olub. Bildirilir ki, xeyli sayda xəstə və xəstə baxıcısından xəbər yoxdur. Səlahiyyətlilərin sözlərinə görə, ölənlərin sayının artma ehtimalı var.
скачать dle 12.1
Geri qayıt