Yunanlar qovdu, Türkiyə xilas etdi

Egey dənizində Yunanıstan Sahil Təhlükəsizliyi Xidmətinin qovduğu 128 qanunsuz miqrant Türkiyə tərəfindən xilas edilib.
GunAz.az xəbər verir ki, İzmir və Aydın sahilləri yaxınlığına gətirilən və ümumilikdə sayları 128-ə çatan miqrantlar xilas edilərək müvafiq qurumlara təhvil verilib.
Qeyd edək ki, analoji hadisələr son zamanlar daha mütəmadi şəkildə baş verir. Yunanıstan tərəfi bir qayda olaraq köməksiz miqrantları qəbul etməkdən imtina edir.