"Qarabağın statusu necə olacaq?" sualına ermənilərdən ŞOK CAVAB

Mərkəzi ofisi İrəvanda yerləşən "Open Armenia” təşkilatının ermənilər arasında keçirdiyi sorğu maraqlı cavablarla yadda qalıb.
Sorğu Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə keçirilib.
Anonim sorğuda iştirak edən ermənilərin 64 faizi mühacirət etmək istədiklərini dilə gətiriblər. Belə ki, Rusiyaya getmək istəyənlərin sayı 32, ABŞ-a getmək istəyənlərin sayı isə 25 faiz olub. Sonrakı yerlərdə isə müvafiq olaraq Kanada (17 faiz), Qazaxıstan (12 faiz), Ukrayna (4 faiz) və Fransa (3 faiz) qərarlaşıb.
Sorğuda iştirak edənlərin 86 faizi maddi-sosial durumlarının, 91 faizi isə psixoloji vəziyyətlərinin çox pis olduğunu deyiblər.
"Qarabağın statusu necə olacaq?” sualına rəyi soruşulanların 64 faizi "bilmirəm”, 22 faizi "hər şey artıq həll olunub” cavabını veriblər.
Respondentlərin 43 faizi isə Rusiyanı "qarabağlı ermənilərin dostu və müttəfiqi” hesab etmədiyini dilə gətirib.konkret.az