Zərif: Rəisi ilə işləməyə məcburuq
İbrahim Rəisi İran prezidenti seçilib, hər kəs onunla işləməlidir.
Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Biz seçkinin keçirilmə proseduruna hörmət etməliyik. Təxminən 20 milyon insan Rəisiyə səs verib. Bundan sonra razı olub-olmamağımıza baxmayaraq, onunla işləməliyik. O, indi xalq tərəfindən seçilib”, – deyə o bildirib.
