Krımda sel fəlakəti: mindən çox insan evakuasiya edildi
Krıma yağan güclü yağış daşqınlara səbəb olub.
GunAz.az xəbər verir ki, Kerç şəhərinin Lenin və Kirov rayonlarında 300-dən çox evi sel suları basıb.
Mindən çox sakin ərazidən evakuasiya edilib.
Hazırda Rusiya Fövqəladə Hallar İdarəsinin Krım regional bölməsi təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.