Bayden və Ərdoğan nəyi müzakirə edəcək?
ABŞ və Türkiyə arasında fikir ayrılıqlarının müzakirəsi Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğanın görüşündə əsas müzakirə mövzusu olacaq.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
O, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinin dərin narahatlıq yaratdığını söyləyib:
"Biz Türkiyənin lövbərini Qərbdə saxlamaqda maraqlıyıq. Bizim Suriyada, terrorizmlə mübarizədə, Əfqanıstanda, Rusiya və İranın təsirinin qarşısının alınmasında vacib və üst-üstə düşən maraqlarımız var. Biz gərək fikir ayrılıqlarımızın öhdəsindən gələk”./axar.az/
