Belarusun AB-yə sanksiyaları hazırdır... - Qolovçenko
Belarusun Avropa Birliyinə qarşı cavab sanksiyaları hazırdır, lakin Minsk Qərbin yeni tədbirlər tətbiq etməyəcəyini gözləyir.
GunAz.az xəbər verir ki, bu açıqlama ilə Belarus Baş naziri Roman Qolovçenko çıxış edib.
"Hələ də ümid edirik ki, "isti" başlar soyuyacaq. Bölgədə sülh və əmin-amanlıq istəyirik, yaxşı qonşuluq münasibətlərinin tərəfdarıyıq, bərabər şəkildə ortaqlıqlar qurmaq istəyirik. Bunun üçün hər şeyi etdik. Ancaq şirkətlərimizə dəyən ziyandan danışırıqsa, kompensasiya etmək hüququmuz var. Sanksiyalara cavab olaraq bir sıra tədbirlər hazırdır", - Qolovçenko qeyd edib.
