Korona əleyhinə yeni dərmanın istehsalına başlanıldı

Korona əleyhinə yeni dərmanın istehsalına başlanıldı

Rusiyada peyvənd istehsalına başlandı, indi artırılması lazımdır və bunun üçün mütləq plazma gərəkdir.

GunAz.az xəbər verir ki, bunu Rusiya səhiyyə naziri Mixail Muraşko deyib.

O, koronavirusa yoluxub sağalanların qan plazmasına əsaslanan "Antikovid İmmunoqlobulin" adlı dərmanın istehsalına başlandığını bildirib:

"Bu, virusun neytrallaşdırılmasına imkan verən yüksək dərəcədə konsentrasiyalı bir dərmandır və əlbəttə, antikor plazma ilə müqayisədə üstündür”.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi daha əvvəl COVİD-19 vurisundan sağalan insanların qan plazması əsasında hazırlanmış "COVİD-qlobulin" dərmanının istifadəsini təsdiqləmişdi.


скачать dle 12.1
Geri qayıt