Trampın Feysbuk hesabı 2023-cü ilə qədər bağlı qalacaq
Feysbuk administrasiyası ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabının daha 2 il bağlı qalacağını bəyan edib.
GunAz.az xəbər verir ki, Feysbuk rəhbərliyi qadağanı 2023-cü ilin 7 yanvarına qədər uzadıb.
Belə ki, administrasiya iki ilin tamamında ictimai təhlükəsizliyiə yönəlik risklərin davam edib-etməyəcəyi ilə bağlı yenidən mütəxəssislərə müraciət edəcək. Məqbul sayılacağı təqdirdə Trampın hesabına qoyulan qadağa götürüləcək.
Hesab açıldıqdan sonra isə Tramp yenidən qayda pozuntusuna yol versə, Feysbuk dərhal növbəti məhdudiyyətlər tətbiq edəcək.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-da Konqres binasına ekstermistlərin basqınından sonra Trampın Feysbuk hesabı bloklanmışdı.
