NATO: Rusiya ilə dialoq zəiflik əlaməti deyil!
Çoxsaylı fikir ayrılıqlarına baxmayaraq, NATO Rusiya ilə dialoq qurmalıdır.
GunAz.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
O bildirib ki, indi tərəflər arasında münasibətlər Soyuq Müharibə dövründəki əlaqələrdən belə aşağı səviyyədədir:
"Ancaq bunun yaxın gələcəkdə dialoqun mümkün olacağına inanmasaq da, onlarla silah nəzarət kimi mövzularda danışmalıyıq. Buna görə də mənim üçün Rusiya ilə dialoq zəiflik deyil, gücün göstəricisidir”.
