Ermənilər Putinə məktub yazıb - İrəvanda piket
Ermənistanın paytaxtı İrəvanda itkin düşən hərbçilərin yaxınları Rusiya səfirliyinin qarşısında yerli vaxtla saat 14-00-da piket keçirəcək.
GunAz.az erməni portallarına istinadən xəbər verir ki, məqsəd həllini tapmayan bu problemə Rusiya prezidenti Vladimir Putinin diqqətini çəkməkdir.
Piket zamanı erməni ailələri adından səfirliyə Rusiya prezidentinə ünvanlanan məktub təqdim ediləcək. Həmin məktubda Vladimir Putindən problemin həllinə kömək göstərilməsi xahiş edilir.
