Paşinyan Makronu sentyabrda Ermənistana DƏVƏT ETDİ
Ermənistanın Baş Naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransada rəsmi səfərdədir.
GunAz.az xəbər verir ki, Paşinyan rəsmi səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronu sentyabr ayında Ermənistana dəvət edib.
Paşinyan Makronun Ermənistana səfərinin çoxdan planlaşdırıldığını, ancaq pandemiya da daxil olmaqla bir sıra səbəblərə görə təxirə salındığını bildirib.
Qeyd edək ki, Baş Nazir əvəzi Nikol Paşinyanın Fransadan sonra Belçikaya rəsmi səfəri gözlənilir.