Əfqanıstanda bombalı hücum: 4 ölü, 11 yaralı
Əfqanıstanın Pərvan əyalətində içərisində müəllim və tələbələr olan avtobusa bombalı hücum təşkil edilib
GunAz.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarix Aryen məlumat yayıb.
Bildirilib ki, yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində avtobusda olan 4 nəfər ölüb. Universitet rektoru da daxil olmaqla, 11 nəfər yaralanıb.
Hadisənin məsuliyyətini heç bir silahlı qruplaşma üzərinə götürməyib.
