Lukaşenko Putinlə 3 saatdır müzakirə aparır
Rusiya və Belarus prezidentləri Soçidə 3 saatdan çoxdur ki, müzakirə aparır.
GunAz.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Putin və Lukaşenko Minskə təcili eniş etmiş "Ryanair” təyyarəsi ilə bağlı insidenti müzakirə ediblər.
Lukaşenkonun sözlərinə görə, Qərbin bu olaya reaksiyası 2020-ci ilin avqustunda olduğu kimi Minskdə vəziyyəti gərginləşdirmək cəhdidir.
Belarus lideri insindetlə bağlı Putinə bir neçə sənəd təqdim etməyə hazır olduğunu bəyan edib.
