Britaniyada bu peyvəndin istifadəsi təsdiqləndi
Böyük Britaniya Səhiyyə Nazirliyi COVİD-19 infeksiyasına qarşı "Johnson&Johnson” peyvəndinin istifadəsini təsdiqləyib.
GunAz.az xəbər verir ki, "Johnson & Johnson” ölkədə istifadə üçün təsdiqlənmiş dördüncü peyvənd olub.
Məlumata görə, artıq 20 milyon doza peyvənd sifariş verilib. Bu peyvənd tək doza şəklində tətbiq olunur.
