İranda koronavirusdan ölənlərin sayı 79 mini ötdü

İranda koronavirusdan ölənlərin sayı 79 mini ötdü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 208 nəfər ölüb.

GunAz.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 79 056 nəfərə yüksəlib.

 

Bundan əlavə, ötən sutka ərzində 11 873 nəfər koronavirusa yoluxub, nəticədə infeksiyaya yoluxanların ümumi sayı 2 855 396 nəfərə çatıb.


скачать dle 12.1
Geri qayıt