Daha bir şirkət Belarusa uçuşları dayandırdı

Daha bir şirkət Belarusa uçuşları dayandırdı

"Lufthansa” hava yolları şirkəti Belarusa uçuşların dayandırılması barədə qərar verib.

GunAz.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Mövcud vəziyyətlə əlaqədar olaraq, hazırda Belarusun hava məkanında uçuşlarımızı dayandırırıq”, - şirkətdən bildirlib.

Qeyd edək ki, dünən Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə təyyarədə olan "Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb.


скачать dle 12.1
Geri qayıt