Ərdoğan "Beşiktaş"ı qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövsümü "qızıl dubl”la tamamlayan "Beşiktaş” klubunu qəbul edib.
GunAz.az xəbər verir ki, Prezident Sarayında baş tutan görüşdə ölkə başçısının köməkçisi Fuad Oqtay, həmçinin gənclər və idman naziri Məhməd Məhərrəm də iştirak edib.
Ərdoğan həm Super Liqanın, həm də Türkiyə kubokunun qalibi olan "Beşiktaş”ı bu münasibətlə təbrik edib. O, eyni zamanda rəhbərlik, məşqçilər korpusu və futbolçularla söhbətləşib.
Qeyd edək ki, Super Liqada "Qalatasaray”la eyni sayda xal toplamasına baxmayaraq, top fərqində çempionluğu qazanan "Beşiktaş” ölkə kubokunun finalında da "Antalyaspor”a qalib gəlib.