İsrail Qəzza ilə bağlı geri addım atıb? - Rəsmilər arasında fikir ayrılığı
İsrail ordusunun Qəzza zolağına daxil olması ilə bağlı dəqiq bir söz deyə bilmərəm.
GünAz.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Aviçay Adra deyib.
O bildirib ki, Qəzza zolağında sadəcə havadan və qurudan zərbələr endirilir:
"İsrail ordusunun xarici mətbuatla bağlı sözçüsü Conatan Konrikustun açıqlamasında tərcümə səhvi olub. Conatanın fikirlərini nə təkzib edirəm, nə təsdiqləyirəm, nə də bununla bağlı fikir bildirirəm”.
Qeyd edək ki, İsrail ordusunun Qəzzaya doğru yerüstü hərbi əməliyyata başlaması ilə bağlı məlumat yayılmışdı./axar.az/