Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb

Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb

Əfqanıstanda Taliban hərəkatının silahlıları ölkənin mərkəzi hissəsində paytaxt yaxınlığında yerləşən Vardak əyalətinin Narh bölgəsini ələ keçiriblər.

 TASS xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin nümayəndəsi məlumat verib.

Bildirilir ki, bu bölgə, ərazisi boyunca Kabulu Taliban qruplaşmasının yerləşdiyi cənub əyaləti Qəndəharla birləşdirən mərkəzi magistral yolu keçdiyindən vacibdir.


скачать dle 12.1
Geri qayıt