ABŞ İranla razılaşmaya qayıtmaq istəyir

ABŞ İranla razılaşmaya qayıtmaq istəyir

İranla bağlı nüvə razılaşmasına qayıtmaq mümkündür.

GunAz.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Əvvəl-axır İranın nüvə razılaşmasına qayıtmağımız mümkün olacaq. Qarşılıqlı razılıq prinsipi əsasında İranla daha uzunmüddətli və dayanıqlı anlaşmaya addımlamaq mümkündür”, - deyə Sallivan bildirib.

Qeyd edək ki, Donald Tramp administrasiyası dönəmində ABŞ İranla imzalanmış nüvə sazişindən çıxmışdı.

скачать dle 12.1
Geri qayıt