3 liderdən Rusiyaya: Qoşunlarını uzaqlaşdır!

3 liderdən Rusiyaya: Qoşunlarını uzaqlaşdır!

Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən uzaqlaşdırmağa çağırıb.

GunAz.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

Ş.Zaybert qeyd edib ki, liderlər Ukrayna-Rusiya sərhədindəki və ölkənin şərqindəki təhlükəsizliyi müzakirə edib:

"Onlar Ukrayna ilə sərhəddə və qanunsuz olaraq ilhaq edilmiş Krımda Rusiya qoşunlarının sayının artması ilə bağlı narahatlıqlarını bölüşdülər. Gərginliyi azaltmaq üçün Rusiyanı müvafiq addım atmağa çağırdılar".


скачать dle 12.1
Geri qayıt