Məhkəmə Sarkisyanın istəyini REALLAŞDIRMADI

GünAz.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə hakim Vaqe Misakyan məlumat verib.
Bir müddət əvvəl Sarkisyanın vəkili Ruben Akopyan bildirmişdi ki, müstəntiq Serj Sarkisyanın ümumi dəyəri 1 milyon 18 min 790 ABŞ dollar olan daşınan və daşınmaz əmlakının, maliyyə resurslarının, aksiya və qiymətli kağızlarının həbsinə nail olub.
Serj Sarkisyana qarşı cinayət işi 2019-cu ildə başlayıb. İstintaqa əsasən, Sarkisyanın 2013-cü ildə etdiyi himayədarlıq nəticəsində "Fleş” adlı şirkət tenderin qalibi olub. Bunun nəticəsində dövlətə 1 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Sarkisyanın dilindən yaşyış yerini tərk etməmək barədə iltizam alınıb.
Vəkil Ruben Akopyan keçmiş prezidentin sadalanan əmlakına qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı.