Ərdoğan Azərbaycanla imzalanan bu sazişi də təsdiqlədi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan Hökümətləri arasında imzalanan daha bir sazişi təsdiqləyib.
Bu barədə "Rəsmi qəzet” məlumat yayıb.
"2018-ci il 25 apreldə Ankarada imzalanan "Türkiyə və Azərbaycan Hökümətləri arasında Mədəniyyət Mərkəzlərinin qurulması, işi və fəaliyyətlərə dair Konvensiya” təsdiqlənib”, - məlumatda bildirilib.