Rusiya ciddi itkilər verəcək - Kravçuk

Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir.
GunAz.az xəbər verir ki, bunu bunu Ukraynanın eks-prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk "Apostrof” kanalına müsahibəsində deyib.
Kravçuk Rusiyanı Ukrayna ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək istəməməkdə günahlandırıb və Moskvaya qarşı iqtisadi və diplomatik təzyiqləri artırmağa və beynəlxalq maliyyə resurslarına çıxışı məhdudlaşdırmağa çağırıb:
"Rusiya qeyri-insani hərəkət edir. Bu addımla ciddi itkilər verəcək”.