Bu şirkət avtomobil satışına görə liderdir

Yaponiyanın "Toyota Motors” avtokonserni 2020-ci ildə 9,53 milyon avtomobil satıb.
"Toyota Motors” şirkəti bununla dünyada avtomobil satışına görə ilk pilləyə yüksəlib. "Toyota”dan sonrakı yerdə "Volksvagen” qərarlaşıb. Almanlar keçən il 9,3 milyon ədəd avtomobil sata biliblər.
Qeyd edək ki, "Toyota” sonuncu dəfə 2015-ci ildə satış üzrə birinci yeri tutub.