Meksika prezidenti koronavirusa yoluxub

Meksika prezidenti koronavirusa yoluxub

Meksika prezidenti Andres Manuel Lopes Obrador koronavirusa yoluxub.

Bu barədə Obrador "Twitter" hesabında yazıb.

"Təəsüflə sizə kovidə yoluxduğumu bildirirəm. Simptomlar yüngüldür, müalicə alıram. Həmişəki kimi nikbinəm", - postda deyilir. 

67 yaşlı siyasətçinin sözlərinə görə, səhərki konfranslarda onu daxili işlər naziri Olqa Sançes Kordero əvəz edəcək. "Ölkə rəhbərliyini Milli Saraydan izləyəcəm", - Obrador əlavə edib.

Qeyd edilir ki, 2020-ci ildə Meksika hökumətinin bir neçə üzvü, o cümlədən maliyyə və ictimai kredit naziri Arturo Herrera koronavirusa yoluxublar. Hamısı sağalıb və vəzifələrinin icrasına qayıdıblar.

скачать dle 12.1
Geri qayıt