Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
Ermənistan Atom Elektrik Stansiyası modernləşmə işlərinin tamamlanması üçün 141 gün müddətinə dayandırılacaq.
Bu məsələ yanvarın 22-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla Rusiyanın Yerevandakı səfiri Sergey Koprıkin arasında müzakirə olunub.
Bildirilib ki, stansiyada nüvə təhlükəsizliyi tədbirləri ilə bağlı bütün işlər yekunlaşdırıldıqdan sonra onun istismar müddəti 2026-cı ilədək uzadılacaq.